Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq.

Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM”də Lamiyə Ələkbərovanın "Ulduzla danış” rubrikasında danışıb.

"Biz görüşəndə bir-birimizə "duet ortağım” deyə səslənirik. Bu da o deməkdir ki, layihəmiz təsdiqlənib.

Komandalarımız arasında seçim mərhələsi gedir. Mahnımız seçilib. Bəstəkarı özüməm. Hələ ki, adı müəyyənləşməyib”, - deyə, ifaçı bildirib.