Azərbaycan XİN: Qazaxıstan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndiririk

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstan Respublikasını Milli Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Təbrikdə deyilir:

"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Azərbaycan Qazaxıstan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da dərinləşdirmək əzmindədir. Milli Gününüz mübarək!"