"ABŞ Prezidenti Donald Tramp Ağ Evi İraqın keçmiş prezidenti Səddam Hüseynin restoranını xatırladan bir məkana çevirib".
"The Hill"ə istinadən, bu fikri ABŞ-ın keçmiş Prezidenti Barak Obama Ohayo ştatında Demokrat Partiyasının mitinqində çıxışı zamanı deyib.
"Hər yer qızıldır. O, Ağ Evi elə bir yerə çevirib ki, sanki Səddam Hüseyn "Cheesecake Factory” restoranı açıb...",- deyə Obama ABŞ liderini tənqid edib.
Onun sözlərinə görə, Amerika prezidenti vətəndaşların həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı problemləri həll etməkdənsə, bal zalının və helikopter meydançasının tikintisinə daha çox diqqət yetirir: "O, Ağ Evin təmiri ilə çox maraqlanır"