Əməkdar artist: “Sənətdə kişilər yox, qadınlar qurban verir”

“Sənətdə kişilər yox, qadınlar qurban verir”.

Bu sözləri Əməkdar artist, xanəndə Elnur Zeynalov “Sevilən səhər” verilişində deyib.

O, sənətkarın çərçivəyə salınmasına sərt şəkildə qarşı çıxıb.

Sənətçi bildirib ki, bəzi hallarda ailə həyatı qadın ifaçıların yaradıcılığına mənfi təsir göstərir:

“Bəzi insanlar baxır ki, xanım ifaçıdır, gözəl oxuyur, yaxşı pul qazanır, gəlib onunla ailə qurur. Evləndikdən sonra isə ona qadağalar qoymağa, sıxmağa, çərçivəyə salmağa başlayırlar. Başa düşmürlər ki, sənətkarı çərçivəyə salmaq olmaz. Belə olan halda 1 il, 5 il, yaxud 15 il keçməsindən asılı olmayaraq, həmin sənətkar sonda sənətdən ayrılmalı olur”.