Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu

Bakı-Quba yolunda qəza baş verib.

“Avtosfer”ə istinadən, hadisə oktyabrın 25-i səhər saatlarında “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Atego” markalı yük avtomobili aşıb. Şahidlər bildirib ki, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub.

Nəticədə, avtomobilin yük yerində daşınan qoyunların bir qismi tələf olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aşan nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.