Yunan rahib Türkiyəyə girdikdən sonra yoxa çıxdı

Türkiyə parlamentinin deputatı Sərhat Ərən daxili işlər naziri Mustafa Çiftçini iyul ayında sonuncu dəfə İstanbulda görüldüyü bildirilən yunan pravoslav rahibin itkin düşməsi ilə bağlı istintaqın gedişini açıqlamağa çağırıb.

Bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.

"Yusif kilsə" adı ilə tanınan rahibin doğulanda adı Nikolaos Tsigozis olub. Konsulluq əməkdaşlarının məlumatına görə, o, iyulun 25-də İstanbulda Yunanıstanın Baş Konsulluğuna baş çəkib. Bu, onun Türkiyəyə daxil olmasından iki gün sonra baş verib.

Konsulluqda Yusif Trabzon, tarixi Sümela monastırı, digər qədim yunan monastırları, eləcə də Kapadokiyaya getmək imkanları ilə maraqlanıb. Daha sonra o, şəhərlərarası avtovağzala yollanıb. Həmin vaxtdan bəri onun harada olduğu məlum deyil.

Parlament sorğusunda Ərən Daxili İşlər Nazirliyinin rəhbərindən Türkiyə hakimiyyətinin rahibin yerini müəyyənləşdirmək üçün hansı tədbirləri gördüyünü açıqlamağı xahiş edib. O, həmçinin hüquq-mühafizə orqanlarının axtarışlar çərçivəsində Yunanıstanın konsulluq nümayəndələri və itkin düşmüş şəxsin yaxınları ilə əməkdaşlıq edib-etmədiyi ilə maraqlanıb.