Melaniya Tramp Ukraynaya səfər edə bilər

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərdə humanitar yardım üçün atəşkəs razılaşması barədə danışarkən Ukraynaya səfər edə biləcəyini bildirib.

Melaniya Tramp Ukraynaya mümkün səfər barədə suala cavab verərkən bunu istisna etməyib.

"Roma Papasının dəstəyinin olması çox xoşdur. Atəşkəs 27 oktyabrda başlayacaq. Ümid edirəm ki, hər şey plana uyğun gedəcək", - deyə vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna ABŞ-nin birinci xanımının iştirakı ilə Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəliblər.

Rusiyanın və Ukraynanın mülki nümayəndələri Oleşki sakinlərini evlərində ziyarət edəcək və lazımi yardımın həcmini müəyyən edəcəklər.