Tovuzda piyadanı maşın vurdu

Tovuzda piyadanı maşın vurub. Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Yolu keçmək istəyən şəxsi avtomobil vurub. 1980-ci il təvəllüdlü Asif Ələsgərovun vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktıa bağlı araşdırma başlanılıb.