Moskvanın üç əsas hava limanında 210-dan çox aviareys təxirə salınıb və ya ləğv olunub. Bu barədə yerli KİV-lərə istinadən məlumat verilib.
Məlumata görə, ən çox ləğv və təxirəsalınma halları Şeremetyevo aeroportunda qeydə alınıb. Burada 65 gediş və 106 gəliş reysi cədvəldən çıxarılıb. Vnukovo hava limanında isə 40-a yaxın uçuş təxirə salınıb və ya ləğv edilib.
Sərnişinlərin bildirdiyinə görə, səhər saatlarından etibarən uçuşlar davamlı olaraq təxirə salınsa da, hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama verilməyib.