Bakıdakı qətli deputatın oğlu törətməyib - kütləvi dava ilə bağlı sensasion TƏFƏRRÜATLAR

Bakıda "Ab-Hava" kafesində bir nəfərin ölümü ilə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub.

MÖVZU İLƏ BAĞLI:

Trend-ə istinadla, məlumata görə, davada deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də iştirak edib.

Məlumata əsasən, o, heç kimə bıçaq xəsarəti yetirməyib və qətli törətməyib. Qətldə birbaşa iştirak etməkdə şübhəli bilinən iki nəfərin axtarışları davam edir.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonunda yerləşən "Ab-Hava" kafesində baş verib. Kütləvi dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum edib, nəticədə bir nəfər həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.