Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi başlayıb

Tədbir “Kristal Zal”da keçirilir.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu bu gün "Kristal Zal"da Timor-Leste yığmasına qarşı keçirəcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.