Çinli kreditorlar qarşısında ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb. Reytinqə Pakistan başçılıq edir. İlk sıralarda əsasən Asiya və Afrika ölkələri yer alır.
Bu barədə Dünya Bankının Beynəlxalq Borc Statistikası (International Debt Statistics) çərçivəsində yayımlanan hesabatda bildirilir.
Məlumata görə, Pakistanın Çinli kreditorlar qarşısında uzunmüddətli dövlət borcu və dövlət zəmanəti ilə təmin edilmiş borcunun ümumi həcmi 22,38 milyard dollardır. İkinci yerdə qərarlaşan Anqolanın borcu isə 14,4 milyard dollar təşkil edir.
İlk beşlikdə, həmçinin 8,7 milyard dollar borcla Şri-Lanka, 7,4 milyard dollarla Efiopiya və 6,6 milyard dollarla Banqladeş yer alıb.
Çinə ən çox borcu olan ölkələrin siyahısı:
Pakistan – 22,38 milyard dollar
Anqola – 14,4 milyard dollar
Şri-Lanka – 8,7 milyard dollar
Efiopiya – 7,4 milyard dollar
Banqladeş – 6,6 milyard dollar
Misir – 5,9 milyard dollar
Keniya – 5,4 milyard dollar
Zambiya – 5,3 milyard dollar
Nigeriya – 5,3 milyard dollar
Laos – 5,3 milyard dollar
Siyahının növbəti pillələrində Argentina (5,2 milyard dollar), Fil Dişi Sahili və Kamboca (hər biri 4,1 milyard dollar), Özbəkistan (3,9 milyard dollar), Konqo Demokratik Respublikası (3,5 milyard dollar), Cənubi Afrika Respublikası və Kamerun (hər biri 3,3 milyard dollar), Serbiya (3,2 milyard dollar), Konqo (3 milyard dollar) və Belarus (2,8 milyard dollar) qərarlaşıb.
Çin kreditləri bir sıra inkişaf etməkdə olan ölkələrdə enerji, nəqliyyat və digər infrastruktur layihələrinin maliyyələşdirilməsinə imkan yaratsa da, bu vəsaitlər qarşılığında yaranan borc öhdəlikləri həmin dövlətlərin maliyyə dayanıqlılığı baxımından mühüm amil olaraq qalır./Bizim.Media