Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Bu gün daha 2 oyun baş tutacaq.
“Şəfa” Sumqayıtda “Kəpəz”lə qarşılaşacaq. Oyunun baş hakimi Cavid Cəlilov olacaq.
“Neftçi” isə bu turda “Turan Tovuz”la üz-üzə gələcək. Bu oyunu Əli Əliyev idarə edəcək.
Xatırladaq ki, daha öncə “Qəbələ” səfərdə “Araz-Naxçıvan”a (2:1), “Zirə” isə evdə “Sumqayıt”a (3:2) qalib gəlib. “İmişli” – “Şamaxı” və “Sabah” – “Qarabağ” oyunları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
9-cu tur
24 oktyabr
“Şəfa” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Vüqar Həsənli
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
“SOCAR Polymer Arena”, 16:30.
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Palms Sports Arena”, 19:00