Tovuzda ölümlə nəticələnən davanın bəzi təfərrüatı məlum olub.
Teleqraf-a istinadla, hadisə zamanı qətlə yetirilən 1987-ci il təvəllüdlü Nizami Qurbanov Neftçala rayon, qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elnur Sadıqov isə Ağdam rayon sakinidir. İlkin məlumata görə, tərəflər spirtli içkinin təsiri altında olub. Hadisə zamanı daha bir nəfər 1988-ci il təvəllüdlü Ülvü Abdullayev Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.
xxx
Tovuzda kütləvi dava zamanı kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirməkdə və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
xxx
Tovuzda kütləvi dava olub.
Teleqraf-a istinadla, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər bıçaqlanıb. Bıçaqlanan şəxslərdən biri ölüb, digəri Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.