İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir.
"Tribuna Deportiva" nəşrinə istinadən, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir.
Klub həm "Valensiya"ya, həm də oyunçunun nümayəndələrinə müqavilədə nəzərdə tutulan sərbəst qalma məbləğini ödəməyə hazır olduqlarını bildirib.
Xatırladaq ki, Otorbi cari mövsüm La Liqada 9 oyuna çıxıb və 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.