Oğlu qətlə görə tutulan deputat zənglərə cavab vermir - "Seçicilərlə görüşdədir"

Xəbər verdiyimiz kimi, Bakıdakı kütləvi davanın iştirakçılarından birinin deputat, AMİP sədri Arzuxan Əlizadənin oğlu olduğu bildirilir.

Kontekst.az-ın əməkdaşı məsələ ilə əlaqədar deputat Arzuxan Əlizadə ilə əlaqə saxlamağa çalışsa da, o, telefon zənglərinə cavab verməyib.

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov isə Kontekst.az-a açıqlamasında sözügedən qətldən və Arzuxan Əlizadənin oğlunun saxlanılmasından xəbərsiz olduğunu bildirdi:

"Bu barədə indi eşidirəm. Heç bir məlumatım yoxdur. Arzuxan bəy isə hazırda Sabunçuda seçicilərlə görüşdədir".