Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.