GƏNCƏ, 13 oktyabr. TELEQRAF
Gəncədə bir müddət öncə qəzaya düşən şəxs xəstəxanada ölüb.
Bir neçə gün öncə Gəncənin Gülüstan qəsəbəsində baş verən qəza zamanı xəstəxanaya yerləşdirilən 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada vəfat edib. Mərhumun nəşi artıq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.