Bakıda kütləvi dava zamanı 9 nəfər saxlanılıb, bir nəfərin öldüyü bildirilir - video

Bakının Xətai rayonu ərazisində kütləvi dava baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində insidentdə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tedbirləri davam etdirilir.