Levandovski: "O inanılmazdır!"

“Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski 2026-cı il “Qızıl top” mükafatına namizəd Lamin Yamalı dəstəkləyib.

Futbolçunun sitatını “The Athletic” nəşri yayıb.

“Əlbəttə ki, Laminin “Qızıl top”u qazanmasını dəstəkləyirəm, çünki o, xüsusən də yaşı nəzərə alınmaqla inanılmazdır. Amma əvvəlki illərlə müqayisədə vəziyyət dəyişib. İndi 10 futbolçu var ki, onların da xeyrinə arqumentlər gətirmək olar”, – “Barselona”nın keçmiş hücumçusu deyib.