Misir, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Hörmüz boğazında təhlükəsiz və maneəsiz gəmi hərəkətinin ən qısa zamanda tam bərpa olunmasına çağırıb.
Bu barədə dörd ölkənin xarici işlər nazirlərinin İstanbulda keçirilən görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.
Nazirlər mülki gəmiçiliyə tətbiq olunan istənilən məhdudiyyətə qarşı olduqlarını vurğulayıb və gəmilərin Hörmüz boğazından təhlükəsiz, maneəsiz keçidinin bərpasını tələb ediblər.
Bəyanatda, həmçinin İran, İsrail və ABŞ arasında münaqişənin yalnız diplomatik yollarla və İslamabad anlaşma memorandumu çərçivəsində həll edilməli olduğu qeyd olunub.
Dörd ölkənin XİN rəhbərləri mülki infrastruktura və mülki şəxslərə, o cümlədən dəniz nəqliyyatı vasitələrinə hücumların qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar regionda gərginliyin daha da artmasına yol verilməməsinə çağırıblar.