Azərbaycanda benzin və dizellə işləyən maşınların istismardan çıxarılması hədəflənir

Bu gün Azərbaycan yollarında hərəkət edən maşınların böyük əksəriyyəti benzin və dizellə işləyir.

Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası sənədində qeyd olunub ki, 2035-ci ilə qədər ənənəvi nəqliyyat vasitələrinin ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub. 2060-cı ilə qədər sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb.