Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yüksək səviyyədə keçirilməsi münasibətilə səmimi təbriklərimi çatdırır, dövlətimizin davamlı inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Qurultaydakı proqram xarakterli tarixi nitqiniz, gələcəyə hədəflənən strateji çağırışlarınız bir vətəndaş olaraq məni dərindən qürurlandırdı.

Bu gün Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan tam suverenliyini bərpa etmiş, Cənubi Qafqazın lider dövlətinə və regionun ən böyük siyasi qüvvəsinə çevrilmişdir.

Ölkəmizin heç bir xarici təsirə boyun əymədən, milli maraqlara əsaslanan tam müstəqil xarici siyasət yürütməsi qətiyyətli liderliyin bəhrəsidir. Nümayiş etdirdiyiniz prinsipial mövqe və dövlətimizin suveren haqlarını hər şeydən uca tutmağınız xalqımız tərəfindən tam dəstəklənir.

Eyni zamanda uzunmüddətli sabitlik, iqtisadi müstəqilliyimiz və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı quruculuq işləri dövlətimizin qüdrətini göstərir.

Sizin rəhbərliyinizlə icra olunan “Böyük Qayıdış“ proqramı soydaşlarımızın doğma yurdlarına təhlükəsizlik və rifah içində qayırtmasını təmin edir.

Müstəqil Azərbaycanın daha da qüdrətlənməsi xalqımızın rifahı və zəfər reallıqlarının qorunması yolunda atdığınız hər bir addımda Sizinlə həmrəy olduğumu, daxili və xarici siyasətinizi tam dəstəklədiyimi bildirirəm.

Vətənimiz naminə göstərdiyimiz misilsiz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əfəndiyeva Bahar

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.