Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız!
Sizin apardığınız uğurlu siyasəti 90 yaşlı bir Azərbaycan ağbirçəyi kimi həmişə dəstəkləmişəm və dəstəkləyəcəm.
Siz Qarabağ fatehi olaraq ürəklərə yol açmış bir Lidersiz. Arzu edirəm ki, Sizinlə doğma Kəlbəcərimizdə görüşüb canlı olaqraq Sizə minnətdarlığımı bildirəm.
Sizinlə həmişə fəxr edirik. Allah Sizə və ailənizə cansağlığı versin. İşlərinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Əliyeva Tamara, Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.