Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.Oxu24.com-un məlumatına görə, layihəni parlamentə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.Bildirib ki, təklif olunan qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb:“Layihə ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Həmin müddəalara əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinin “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir. Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir”.Komitə sədri əlavə edib ki, layihənin hazırlanmasının məqsədi sözügedən qanunvericilik aktlarına əsasən “leytenant” hərbi rütbəsində olma müddəti təhsil müddəti 4 il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 3 il, təhsil müddəti 5 il və daha çox olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 1 il müəyyən edilib:“Belə olan halda, xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş və təhsil müddəti 4 il və 6 il olan hərbi qulluqçulara növbəti “baş leytenant” hərbi rütbəsi onların həqiqi hərbi xidmətinin yeddinci ili tamam olduqda verildiyi halda, təhsil müddəti 5 il olan hərbi qulluqçulara növbəti rütbə onların həqiqi hərbi xidmətinin 6 ilinin tamamında verilir ki, bu da öz növbəsində eyni kateqoriyalı hərbi qulluqçulara fərqli yanaşmanın tətbiq olunmasına və bərabərlik prinsipinin pozulmasına şərait yaradır. Beləliklə, layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir”.Arzu Nağıyev onu da bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr ehtiyatının formalaşdırılması, hərbi xidmətin cəlbediciliyinin artırılması, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların həvəsləndirilməsi, o cümlədən də təhsil sahəsində aparılan islahatlar ordu quruculuğunun bariz nümunələrindən biridir:“Müdafiə Nazirliyinin strulkturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin sayının artırılması, yalnız Silahlı Qüvvələrin kadr ehtiyatının formalaşmasına deyil, həm də peşəkar, savadlı və təhsilli hərbi qulluqçuların formalaşmasına xidmət edir və hazırda ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyələrini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin sayı orduda kifayət qədərdir. Bununla bağlı, bir sıra dövlətlərin qanunvericilik aktları tərəfimizdən öyrənilməklə, onların təcrübəsindən təcrübəsindən istifadə edilərək, müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarına dəyişiklik layihəsində ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyələrini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərə növbəti hərbi rütbədə olma müddətini təhsil pilləsinin hər bir səviyyəsi üzrə bir dəfə olmaqla bir il azaldılmasını nəzərdə tutan yeni məzmunlu maddələr əks olunub.Sözügedən layihə Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmaqla müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən vizalanıb. Qanun layihəsi 1 ci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edildikdən sonra plenar iclasa 1 ci oxunuş üçün tövsiyyə edilib”.Müzakirələrdən sonra layihə ilk oxunuşda qəbul olunub.
Bu gün
2585 xəbər bu gün
İsrailin "i24 News" telekanalı Parisdə Özünü iraqlı kimi təqdim edən və İsraili tərifləyən israilli ilə müsahibə yayımladı
2026-cı ilin yanvar-avqustunda Azərbaycandan Gürcüstana 178,435 milyon ABŞ dolları dəyərində 1,633 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib…
Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını...
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının sərgidə əsas məqsədi hüquqi maarifləndirmə aparmaqdır.
“EXPO 2030 Ər-Riyad” dünya sərgisinin baş icraçı direktoru Talal Əl-Mərri və ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov arasında...
Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını…
“Kristal”ın Avtovağzal metro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni 2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dən başlayan mənzillər tikinti mərhələsində, sərfəli…
Orta faiz dərəcəsi və ayda iki dəfə sabit maaş təhlükəsiz bank hesabı əksəriyyət üçün rahat bir həyatın düsturudur. Lakin zəmanətli rahatlığın məhdudiyyətlərini çox məhdud hesab edənlər də var. Onlar onilliklər boyu…
Xəbər vediyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. Ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı…
Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin görüntülərinin yayılması əsirlərlə rəftar məsələsini yenidən gündəmə gətirib. Yayılan kadrlardan sonra hərbçinin vəziyyəti və saxlanma şəraiti…
Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı fikirləri ölkədə yeni konstitusiyanın qəbulu və Azərbaycanla sülh sazişinin imzalanması məsələlərini yenidən gündəmə gətirib. Yeni…
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla, MAN, VAZ-21099, BMV və "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili toqquşub. Qəza nəticəsində 4…
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb. Modern.az paylaşımı təqdim edir: ...
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Sazi...
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin …
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər. Polisin keçirdiyi…
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib. Bu barədə ADSEA-dan məlumat verilib…
Rumıniyanın Baş naziri Luka Nikulesku Rusiyanın göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu, Komor adaları bayrağı altında üzən "Xorev" ticarət gəmisinə hücumunu pisləyib. Bu barədə Rumıniya mediası məlumat…
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının sərgidə əsas məqsədi hüquqi maarifləndirmə aparmaqdır. Maarifləndirmə fəaliyyətimiz qadın hüquqları, uşaq hüquqları, bərabərlik…
“EXPO 2030 Ər-Riyad” dünya sərgisinin baş icraçı direktoru Talal Əl-Mərri və ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov arasında Bakıda keçirilən görüşdə Azərbaycanın bu beynəlxalq layihədə…
Dünyanın iki məşhur alimi Albert Eynşteyn və Mari Küri təxminən 20 il ərzində məktublaşıb. Onların yazışmalarında elm, şəxsi həyat və…
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna siyasəti respublikaçılar daxilindəki mövqelərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. “The Telegraph” qəzetinin köşə…
Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər Nazirliyindən Tribuna.az-a verilən xəbərə görə,…
2026-cı il sentyabrın 10-da Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq…
“Kristal”ın Avtovağzal metro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni 2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dən başlayan…
Təranə Qumral və Musa Musayev cütlüyü “Sevilən səhər” verilişinin qonağı olub. Proqram zamanı Təranə Qumral həyat…
“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu uğursuz biznes sövdələşməsi nəticəsində böyük maliyyə itkisi ilə üzləşib. Bu barədə Cənubi Afrikanın “Briefly” nəşri…
Ukrayna dronları 160 km/saatdan yüksək sürətlə hərəkət edərkən peyk rabitəsini itirməkdə davam edir. Bu, ABŞ Prezidenti Donald Trampın İlon Maskın…
Tanınmış memar Elçin Əliyev “Bravo” supermarketindən şikayətçidir. Pravda.az-a istinadən, memarın sözlərinə görə, həmişə “Bravo”dan aldığı sendviçin…
Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi vəfat edib. Bu barədə kollecinin rəsmi səhifəsində məlumat yayılıb.Bildirilib ki, kollecin Pediatriya fənn müəllimi Sədrzadə Səba vəfat edib. Onun ölüm səbəbi…
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar.Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq…
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib. Redaktor.az bu...
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır. “Qafqazinfo”ya istinadla, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən...
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasındakı münasibətlərdə…
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır.
Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
“EXPO 2030 Ər-Riyad” dünya sərgisinin baş icraçı direktoru Talal Əl-Mərri və ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov arasında Bakıda keçirilən görüşdə Azərbaycanın bu beynəlxalq layihədə…
2060-cı ilə qədər Azərbaycanda köhnə binaların dekarbonizasiyası və bərpaolunan enerji sistemləri ilə təchiz edilməsi planlaşdırılır. Bu rekonstruksiya işlərinin əmlak bazarına və mənzil qiymətlərinə təsiri barədə…
İranın Qərbi Azərbaycan əyalətinin Səlmas bölgəsində baş verən daşqınlar nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır. "Qafqazinfo"ya istinadla, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün…