Salyanda “VAZ” və “BMW” toqquşub: Ölən və xəsarət alanlar var

Salyan rayonunda minik avtomobilləri toqquşub.

Rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınan yol qəzası zamanı "VAZ" və "BMW" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb. Xəsarət alanlar Atakişi Hüseynov, Mələysuma Hüseynova, Nurlan Məmmədov, Günel Məlikova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.