Hörmətli cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII qurultayında etdiyiniz tarixi çıxışı Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün və Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi böyük qürur və məmnunluq hissi ilə dinlədim.

Çıxışınızda səsləndirdiyiniz fikirlər, ölkəmizin qarşısında duran strateji hədəflər və gələcək inkişaf istiqamətləri məndə dərin təəssürat yaratdı.

Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Cabbarov Nurəddin

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.