"20 Sentyabr" metrostansiyası gələn ilin ortasına qədər istismara veriləcək

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin ortasına qədər tam istismara verilməsi hədəflənir.

Bunu açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, stansiyada tikinti işləri bitib: "Hazırda tamamlama işləri icra olunur. Orada xüsusi memarlıq həlli tətbiq olunur. Həmin materialların ölkə xaricindən gətirilməsi, logistika və sair kimi məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib. İşlər qrafik üzrə gedir. Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir".