Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şəhərlərarası avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

Qəza Uthal şəhəri yaxınlığında, Kvetta-Kəraçi magistralında baş verib. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.