ÇL-də het-trik etdi, hamını arxada qoydu

Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden olub.

İngilis futbolçu UEFA-nın saytında keçirilən səsvermədə qalib gəlib.

Foden AEK üzərində qazanılan 5:1 hesablı qələbədə het-trik və bir məhsuldar ötürmə etməklə böyük rol oynayıb. Səsvermədə 2-ci yeri “Komo”nun xavbeki Nikolas Pas tutub. O, “Mançester Yunayted”lə 4:1 hesabı ilə başa çatan matçda iki qol vurub və bir assist edib.

Növbəti yerləri “Liverpul”un hücumçusu Rio Nqumoa ilə “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey tutublar.