Cari mövsümə pis başlayan “Filadelfiya” son 4 gündə iki oyun keçirdi.
“Flayerz” əvvəlcə səfərdə “Detroyt”a uduzdu. Bu, mövsümün əvvəlindən bəri ardıcıl 9-cu məğlubiyyət idi. Bununla da klub tarixinin antirekordu qeydə alındı. Ancaq “Filadelfiya” srağagün evdə “Ottava”ya qalib gəlməklə məğlubiyyət seriyasını 9-da dayandırdı.
Ayrı-ayrı hokkeyçilərlə bağlı da maraqlı statistika var. “Pittsburq”un forvardı Sidni Krosbi müntəzəm çempionatlarda məhsuldar ötürmələrin sayına görə 7-ci pilləyə yüksəldi. 39 yaşlı kanadalı “Kolorado” ilə oyunda Brayan Rasta assistentlik etməklə belə ötürmələrin sayını 1110-a çatdırdı. O, bu göstəricidə MHL karyerasını 1109 məhsuldar ötürmə ilə bitirən Co Torntonu arxad qoydu. Krosbi MHL-in müntəzəm çempionatlarında keçirdiyi 1429 oyunda 1767 (657+1110) xal toplayıb. Məhsuldar ötürmələrin sayına görə MHL rekordçusu Ueyn Qretskidi (1963). 6-cı pillədə qərarlaşan Pol Koffinin hesabına 1135 belə ötürmə var.
“Boston”un hücumçusu David Pastrnyak müntəzəm çempionatlarda 423-cü qolunu vurmaqla klub tarixinin snayperləri siyahısında 4-cü pilləyə yüksəldi. Çexiyalı hokkeyçi “Anahaym”la oyunda fərqləndi və 422 qolu olan Bred Marşanı arxada qoydu. Bu göstəricidə klub tarixinin rekordçusu Conni Butsikdi (545). 2-ci pillədə Fil Espozito (459), 3-cü pillədə isə Patris Berjeron (427) qərarlaşıb.
16 oktyabr
Nyu-Cersi – Reyncers 7:1 (1:0, 4:0, 2:1)
Ottava – Aylenders 2:1 B (0:1, 1:0, 0:0, 0:0)
Tampa-Bey – Sietl 4:3 OT (1:1, 1:0, 1:2, 1:0)
Toronto – Baffalo 4:5 OT (2:1, 2:1, 0:2, 0:1)
Florida – Vnakuver 3:2 OT (0:2, 0:0, 2:0, 1:0)
Detroyt – Filadelfiya 2:1 (0:1, 1:0, 1:0)
Minnesota – Sent-Luis 5:4 (2:1, 3:1, 0:2)
Neşvill – San-Xose 2:3 B (0:1, 0:0, 2:1, 0:0)
Çikaqo – Vinnipeq 4:3 OT (3:1, 0:1, 0:1, 1:0)
Edmonton – Yuta 2:4 (0:1, 1:2, 1:1)
Veqas – Kalqari 6:2 (2:0, 1:1, 3:1)
17 oktyabr
Kolorado – Pittsburq 5:2 (1:2, 3:0, 1:0)
Anahaym – Boston 2:4 (2:0, 0:1, 0:3)
Vaşinqton – Nyu-Cersi 4:2 (1:1, 3:0, 0:1)
Vinnipeq – Karolina 2:3 (0:0, 2:2, 0:1)
Tampa-Bey – Vankuver 4:2 (0:1, 2:1, 2:0)
18 oktyabr
Florida – Sietl 8:3 (3:1, 3:1, 2:1)
Detroyt – San-Xose 4:3 B (1:1, 0:1, 2:1, 0:0)
Kolambus – Reyncers 1:0 OT (0:0, 0:0, 0:0, 1:0)
Monreal – Baffalo 4:3 OT (2:1, 1:1, 0:1, 1:0)
Toronto – Aylenders 1:4 (0:1, 0:1, 1:2)
Filadelfiya – Ottava 3:1 (0:0, 2:1, 1:0)
Çikaqo – Dallas 0:4 (0:0, 0:2, 0:2)
Neşvill – Sent-Luis 5:2 (2:1, 1:1, 2:0)
Los-Anceles – Boston 1:4 (1:0, 0:1, 0:3)
Veqas – Pittsburq 6:2 (3:0, 2:1, 1:1)
Yuta – Edmonton 2:6 (0:3, 0:2, 2:1)
19 oktyabr
Minnesota – Kolambus 2:1 (1:1, 1:0, 0:0)
Kalqari – Karolina 3:2 (0:0, 2:2, 1:0)