Prezident Administrasiyasının strukturunda vakant yerlərin sayı artıb…

Elçin Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi Prezident Administrasiyasının strukturunda vakant yerlərin artması ilə nəticələnib.

Elçin Yusubov xüsusi nümayəndə vəzifəsindən dövlət başçısının oktyabrın 22-də imzaladığı sərəncamla azad edilib.

Beləliklə, Prezident Administrasiyasının strukturunda vakant yerlərin sayı üçə çatıb.

Administrasiyanın strukturunda 32 post var. Hazırda bu postlar boşdur: Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri; Sənəd dövriyyəsi şöbəsinin müdiri; Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.

Prezident Administrasiyasına Samir Nuriyev rəhbərlik edir.

Qalan vəzifələri bu şəxslər tutur:

Birinci Vitse-prezidentin Katibliyinin rəisi – Altay Həsənov

Prezidentin köməkçisi – Cəmilə Abbasova

Prezidentin köməkçisi – Anar Ələkbərov

Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi – Xalid Əhədov

Prezidentin köməkçisi, dövlət nəzarəti məsələləri şöbəsinin müdiri – Kərəm Həsənov

Prezidentin köməkçisi, ərazi-təşkilat məsələləri şöbəsinin müdiri – Zeynal Nağdəliyev

Prezidentin köməkçisi, hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri – Andrey Sipilin

Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri – Fuad Ələsgərov

Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri – Hikmət Hacıyev

Prezidentin köməkçisi, iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri – Şahmar Mövsümov

Prezidentin köməkçisi, iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Natiq Əmirov

Prezident Katibliyinin rəisi – Bəylər Eyyubov

Prezidentin mətbuat katibi – Orxan Səttarov

dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri – Tələt Məcidov

gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri – Yusuf Məmmədəliyev

humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri – Fərəh Əliyeva

qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri – Gündüz Kərimov

hərbi məsələlər şöbəsinin müdiri – Fərid Seyidov

siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri – Ədalət Vəliyev

vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Süleyman İsmayılov

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi – Elçin Əmirbəyov

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi – Xələf Xələfov

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi – Muxtar Babayev

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi – Aydın Kərimov

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi – Emin Hüseynov

Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi – Vahid Hacıyev

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi – Məsim Məmmədov

Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi – Bəşir Hacıyev.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident Administrasiyasının hazırkı strukturunda yer almır. Bu, əsasnamə dəyişikliyinin nəticəsidir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi 22 dekabr 2022-ci ildə təsis olunub. İlkin əsasnaməsinə görə, səlahiyyətli nümayəndəlik Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət başçısının fəaliyyətini təmin edən Prezident Administrasiyasının struktur bölməsi idi. 29 iyun 2026-cı ildə isə səlahiyyətli nümayəndəlik 1-ci kateqoriya dövlət orqanı statusu alıb, bununla da nümayəndə Prezident Administrasiyasının strukturundan çıxarılıb.