Ermənistan və ABŞ yeni nüvə enerji blokunun tikintisini müzakirə edib

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Narek Apitonyan ABŞ dövlət katibinin təhlükəsizliyə yardım məsələləri üzrə müavinin müavini Şona Uilsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Görüşdə enerji sahəsində Ermənistan-ABŞ əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin gedişi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Ermənistanda yeni nüvə enerji blokunun tikintisi məsələsinə də toxunulub.