Türkiyədə mədəndə güclü partlayış: 2 ölü - Video

Türkiyədə Zonquldak şəhərinin Kilimli rayonuda özəl mədəndə metan qazı partlayışı baş verib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində iki işçi ölüb, 5 işçi yaralanıb.

Yaralılardan ikisi ağır vəziyyətdədir.