Xocavənd və Ağdərə rayonlarına yeni köçürülən ailələrə evlərin açarları təqdim olunub.
"Report"un Qarabağ Bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhəri, Quzeyxırman və Xocavənd kəndləri, Hadrut qəsəbəsinə, həmçinin Ağdərənin Heyvalı kəndinə ümumilikdə 42 ailə (163 nəfər) köçürülüb.
Yola salınan növbəti köç karvanları Xocavənd və Ağdərə rayonlarına çatıb.
Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırman kəndinə 11 (53 nəfər), Xocavənd kəndinə 3 (11 ailə), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərənin Heyvalı kəndinə 2 ailənin (7 nəfər) daimi qayıdışı təmin edilib.
Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının 5 yaşayış məntəqəsinə daha 42 ailə (163 nəfər) yola salınıb.
Xocavənd şəhəri, rayonun Quzeyxırman, Xocavənd kəndləri və Hadrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə növbəti qayıdış baş tutub.
Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırmana 11 (53 nəfər), Xocavəndə 3 (11 nəfər), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərə rayonunun Heyvalıya isə 2 ailə (7 nəfər) köçürülüb.