Xarici vətəndaşlar Gürcüstandan deportasiya edildi - Azərbaycanlı da var

Gürcüstanın müxtəlif bölgələrində keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində ölkədə qanunsuz yaşayan 48 xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları var.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır.

Onların Gürcüstandan çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir.