Əli Kərimlinin məhkəmə iclasının vaxtı açıqlandı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi hakim icraatına verilib.

Teleqraf-a istinadla, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 3-nə təyin olunub.