Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb

Ötən ay Azərbaycandan Gürcüstana 2,86 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə pul köçürmələrinin həcmində 15,72% azalma qeydə alınıb.

Sentyabrda Azərbaycanın Gürcüstana daxil olan pul köçürmələrindəki payı 1% təşkil edib.

Gürcüstandan Azərbaycana isə 7,06 milyon ABŞ dolları məbləğində pul göndərilib ki, bu da illik nisbətdə 9,29% çoxdur.

Hesabat ayında xaricdən Gürcüstana ümumilikdə 285,77 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub, Gürcüstandan xaricə isə 36,9 milyon ABŞ dolları göndərilib.