Gələn il bütün şəhər və rayonlar xərclərini ÖZLƏRİ QARŞILAYACAQ

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.

Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2027-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlərin 18 430 000,0 min manat, yerli xərclərin 735 575,0 min manat, o cümlədən gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddinin 17 694 425,0 min manat məbləğində olması nəzərdə tutulub.