Ucar rayonunda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" təşkil olunub.
Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Festivalda Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov eləcə də nazirliyin tabeliyində olan qurumların nümayəndələri , kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlər və fermerlər iştirak edir.
Eyni zamanda, festival çərçivəsində media nümayəndələrinin iştirakı ilə rayon ərazisində yerləşən təsərrüfata baxış keçiriləcək.
Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi, çəltikçilik ənənələrinin inkişaf etdirilməsi və kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarının tanıdılmasıdır.