“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.
Dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək.
Başqa sözlə, “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət yaxın zamanda ləğv ediləcək.
Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.