20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Polşa ilə üz-üzə gələcək

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayır.

U-20 bu gün EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Polşa seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Gürcüstanın Rustavi şəhərində, Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv oktyabrın 24-də Latviya ilə münasibətlərə aydınlıq gətirəcək.