Bakıda 6 küçədə sıxlıq müşahidə edilir

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

  • Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
  • Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
  • Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  • Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
  • Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
  • 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.