Təbii qazın dəyəri azaldı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.

Əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.17% dəyər itirərək 2.7354 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 1.02% artaraq 90.96 avroya bərabər olub.