Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir

Bu gün Misli Premyer Liqasında IX turun oyunları start götürür.

Turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.

Günün digər matçında isə "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası

IX tur

23 oktyabr

15:00. "Araz-Naxçıvan" - "Qəbələ";

19:00. "Zirə" - "Sumqayıt".