Putin Rusiyanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu deyib

“Rusiya Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır”.

Bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşünün təfərrüatları barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bu üçtərəfli danışıqlarda sülh razılaşmaları əldə edildikdən sonrakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Putin qeyd edib ki, Rusiya və Ukraynanın gələcək təhlükəsizliyinin müzakirəsi Avropa təhlükəsizlik arxitekturasının da müzakirəsini tələb edir.

Rusiya prezidenti onu da vurğulayıb ki, Stiv Uitkoff buna diqqət çəkib və o da onunla razılaşıb.