Rusiya Avropa ilə müharibəyə hazırlaşmır. Rusiya Prezidenti Vladimir Putin bu açıqlamanı jurnalist Pavel Zarubinlə müsahibəsində verib."Biz Avropa ilə heç bir müharibəyə hazırlaşmırıq", - deyə Rusiya lideri vurğulayıb.Putinin sözlərinə görə, "Avropa xalqları Rusiya ilə döyüşmək istəmir". Prezident həmçinin əlavə edib ki, Rusiya ilə sülh içində yaşamaq daha yaxşıdır, çünki bu, avropalıların maraqlarına uyğundur."Düşünürəm ki, tarix boyu Rusiyanın strateji məğlubiyyətini axtaranlar - və təəssüf ki, belə insanlar hələ də mövcuddur - müasir həyatın reallıqlarını başa düşəcəklər və Rusiya ilə sülh içində yaşamağın daha yaxşı olduğunu başa düşəcəklər", - deyə prezident vurğulayıb.Əvvəllər Vladimir Putin, amerikalı həmkarı Donald Tramp və Çin prezidenti Si Cinpin arasında hipotetik üçtərəfli görüşün 1945-ci il Yalta Konfransına bənzər bir əhəmiyyət kəsb edə biləcəyi bildirilirdi. Bunu İkinci Dünya Müharibəsi tarixçisi Ceffri Roberts bildirib.Oktyabrın 19-da "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər verib ki, Putin ABŞ və Çin liderlərinin Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün gələn ay görüşməsini təklif edib.Jalə