Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır.

Bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski ilə görüşün yekunlarına dair "Facebook"da yazıb.

Diplomat parlament diplomatiyasının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.