ABŞ-ın SyberJet şirkəti SJ36 adlı yüngül reaktiv təyyarənin tamölçülü maketini təqdim edib.
Təyyarənin maksimal sürəti saatda təxminən 1000 kilometr, uçuş məsafəsi isə 5556 kilometr təşkil edir.
Şirkətin məlumatına görə, model 8 sərnişin üçün nəzərdə tutulub və bir pilot tərəfindən idarə edilə bilər.
SJ36-nın uçuş hündürlüyü 14 935 metrə çatır. Təyyarə Los-Anceles–Havay adaları kimi uzun məsafəli marşrutlarda fasiləsiz uçuşlar üçün nəzərdə tutulub.
Şirkət, həmçinin yeni modelin alınması ilə bağlı 50-dən məktubun alındığını deyib.