“Təəssüflər olsun ki, toyxananı efirə gətirmişdilər…”
Bu sözləri müğənni Əbdül Xalid “1001 şou” verilişində deyib.
Müğənni əvvəlki illərdən fərqli olaraq, bu gün sənətə biznes kimi yanaşdığını etiraf edib:
“Əvvəllər bizi sənətdə başqa cür tərbiyələndirmişdilər. Amma son vaxtlar bu sənətə, təbii ki, biznes kimi baxıram. Çünki bu, artıq bir reallıqdır. Zaman, vəziyyət bunu tələb etdi. Amma bir var bazar açırsan, bir də var səliqəli biznes yaradırsan. Yəni bir var marketdən gözəl seçim edib nəsə alasan, bir də var bazardan… Təəssüflər olsun ki, toyxananı efirə gətirmişdilər, bundan mən də narazı idim. Çünki mən heç vaxt bunun tərəfdarı olmamışam. Şükürlər olsun ki, indi bu vəziyyət 80-90 faiz dəyişib. 5-10 faiz qalıb, o da tədricən düzələcək”.